close

MFL-in intizam komitəsinin XVIII Turun yekunuyla bağlı qərarları

28 Fevral 2018

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan XVIII turun yekununda MFL-in intizam komitəsi aşağıdakı qərarları vermişdir!

1. “Cinema Plus” – “Baku Blancos” matçında “Cinema Plus” komandasının məşqçisi Ağatahir Əzimov etirazlara görə texniki zonadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq.

2. “Hyundai Azerbaijan” – “Ataman” matçında “Hyundai Azerbaijan” komandasının məşqçisi Səməndər Ağayev hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq. Distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 3 oyunluq cəza verilmişdir.

3. “Underdog” – “Avantaj” matçında “Avantaj” komandasının oyunçusu Arif Məmmədli hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq. Distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 3 oyunluq cəza verilmişdir.

4. “Ümid Masallı” – “CBC Sport” matçında “CBC Sport” komandasının oyunçusu Gündüz Abbaszadə oyun başa çatdıqdan sonra hakimləri təhqir etmişdir. Distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 3 oyunluq cəza verilmişdir.

5. “Forza Neftçi” – “Sabunçu” oyununda baş verən insidentlə bağlı xüsusi qərar ayrıca açıqlanacaqdır.

(YENİLƏNDİ) 01.03.2018

"Forza Neftçi" komandası ilə bağlı qərar!

MFL-in Nizam-İntizam Komitəsi “Forza Neftçi” və “Sabunçu” komandaları arasında keçirilən oyun zamanı baş verən insidentlə bağlı aşağıdakıları bəyan edir.

Məlum olduğu kimi, istər oyunçular, istərsə də azarkeşlər tərəfindən liqanın reqlamentinin (qaydalarının) pozulmasına (meydanda və ondan kənarda davranış qaydaları) görə “Forza Neftçi” komandasına dəfələrlə xəbərdarlıq edilib.

Bununla belə, “Joga Baku” ilə görüşdə baş verən və “Forza Neftçi” komandasının azarkeşlərinin də iştirak etdiyi dava-dalaşdan sonra “Forza Neftçi” komandasına son xəbərdarlıq edilib.

Həmin 2018-ci il 14 fevral tarixli qərardan sitat:

"...Forza Neftçi komandası son xəbərdarlıq edilir. Bu komandanın oyunçularının və ya azarkeşlərinin iştirakı ilə daha bir insident baş verəcəyi təqdirdə, komanda turnirdən kənarlaşdırılacaq. Onun iştirak etdiyi matçların bütün nəticələri isə ləğv ediləcək".

Qərarın tam mətni ilə burada tanış ola bilərsiniz: http://www.mfl.az/az/xeberler/276.html

Göründüyü kimi, komanda ona edilən çoxsaylı xəbərdarlıqlardan nəticə çıxarmadı və nəticədə “Sabunçu” ilə oyunda yenidən meydanda “Forza Neftçi”nin oyunçularının iştirakı ilə insident baş verdi.

Bundan əlavə “Forza Neftçi”nin azarkeşi meydana qaçaraq rəqib komandanın oyunçularından birinə bir neçə zərbə vurdu.

MFL həmin insidentin videomaterialına malikdir və zərurət yaranacağı halda bütün materialları hüquq-mühafizə orqanlarına ötürmək hüququnu özündə saxlayır.

Bundan əlavə, liqanın qaydalarını sistematik şəkildə pozduğu və xəbərdarlıqları nəzərə almadığı üçün komandanın yarışın sonuna kimi MFL-in 2017-2018-ci illər mövsümündə iştirakdan kənarlaşdırıldığını bəyan edirik. “Forza Neftçi” komandasının oynadığı oyunların bütün nəticələri ləğv ediləcək.

Reqlamentlə buradakı linkdə tanış ola bilərsiniz:

http://www.mfl.az/az/info/qaydalar

SPONSORLAR