close

MFL-in intizam komitəsinin XVII Turun yekunuyla bağlı qərarları

26 Fevral 2018

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan XVII turun yekununda MFL-in intizam komitəsi aşağıdakı qərarları vermişdir!

1. “Bakaley” – “Cinema Plus” qarşılaşması “Bakaley” komandasının matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. Bu hal artıq sayca 1-ci dəfə baş verir. Xatırlatmaq istərdik ki, MFL-in əsasnaməsində qeyd edilən 16-cı bəndin 16.2 yarımbəndində qeyd edildiyi kimi “Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır”. Bu hal yuxarıda qeyd edildiyi kimi təkrarlansa, komanda turnirdən kənarlaşdırılması qərarı veriləcəkdir.

2. “Baku Eagles” – “PartApart” matçında “Baku Eagles” komandasının oyunçusu Orxan Əlixanov oyun başa çatdıqdan sonra hakimləri təhqir etmişdir. Distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 3 oyunluq cəza verilmişdir. Bundan əlavə, nizam-intizam qaydalarını pozuğuna görə “Baku Eagles” komandasına şifahi xəbərdarlıq edilir.

3. “Xəzər” – “Rəcəbspor” matçında “Xəzər” komandasının oyunçusu İlyas Qurbanov 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmışdır. Meydançanı tərk edərkən isə hakimlər briqadasını təhqir etmişdir. Bu səbəbdən distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 4 oyunluq cəza verilmişdir.

4. “Baku Blancos” – “Avengers” matçında “Avengers” komandasının oyunçusu Tofiq Aslanov 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq.

5. “Baku Blancos” – “Avengers” matçında “Avengers” komandasının kapitanı Rüstəm Səfərov oyun zamanı 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmış Tofiq Aslanov əvəzinə digər oyunçunun adını qəsdlə yanlış məlumat olaraq matçın protokolunda qeydlər aparan MFL-in məsul şəxsinə yazdırmaq cəhd etmışdır. Yuxarıda qeyd edilən səbəbdən dolayı, Rüstəm Səfərov meydançadan uzaqlaşdırılaraq distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 2 oyunluq cəza verilmişdir.

6. “Poseidon” – “LSS” matçında “Poseidon” komandasının oyunçusu Akif Hümbətov oyun ərzində və oyun başa çatdıqdan sonra hakimləri təhqir etmişdir. Distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 3 oyunluq cəza verilmişdir. Bundan əlavə, nizam-intizam qaydalarını pozuğuna görə “Poseidon” komandasının məşqçisi Ziya Mirzəcanova ciddi xəbərdarlıq edilir.

7. “Astara” – “Joga Baku” matçında “Astara” komandasının oyunçusu Taleh Fətəliyev 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq.

SPONSORLAR