close

MFL-in intizam komitəsinin XVI Turun yekunuyla bağlı qərarları

21 Fevral 2018

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan XVI turun yekununda MFL-in intizam komitəsi aşağıdakı qərarları vermişdir!

1. “Qartal 1903” – “Vur Komandir” matçında “Vur Komandir” komandasının oyunçusu Elmar Qasımov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

2. “Qartal 1903” – “Vur Komandir” matçında “Qartal 1903” komandasının oyunçusu Murad Cəfərov 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq.

3. “Atletiko Mineyro” – “Poseidon” matçında “Atletiko Mineyro” komandasının oyunçusu Namiq Hüseynli 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq.

4. “Joga Baku” – “Army United” matçında “Army United” komandasının oyunçusu Ağa Ağazadə 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmışdır. Bundan əlavə, hakimi təhqir etmişdir. Distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 4 oyunluq cəza verilmişdir.

SPONSORLAR