close

MFL-in intizam komitəsinin XV Turun yekunuyla bağlı qərarları

19 Fevral 2018

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan XV turun yekununda MFL-in intizam komitəsi aşağıdakı qərarları vermişdir!

1. “VIP FK” – “GB Solution” matçında “VIP FK” komandasının oyunçusu Emil Tağıyev birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq. Bundan əlavə, həmin oyunda nizam-intizam qaydalarını pozan “VIP FK” komandasının oyunçusu Fuad Rzayevə şifahi xəbərdarlıq edilir.

2. “Atletiko Mineyro” – “Milan Qaradağ” qarşılaşması “Atletiko Mineyro” komandasının matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

Bu hal artıq sayca 2-ci dəfə baş verir. Xatırlatmaq istərdik ki, MFL-in əsasnaməsində qeyd edilən 16-cı bəndin 16.2 yarımbəndində qeyd edildiyi kimi “Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır”. Bu hal 3 dəfə də baş versə, komanda turnirdən kənarlaşdırılması qərarı veriləcəkdir.

3. “Beerbaşa” – “Captain” matçında “Captain” komandasının oyunçusu Əli Quliyev Ümüd Məmmədovla mübahisə etməklə, kütləvi davanın səbəbkarına çevrilmişdir, və bu səbəbdən distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 2 oyunluq cəza verilir.

4. “Beerbaşa” – “Captain” matçında “Beerbaşa” komandasının oyunçusu Ümüd Məmmədov oyun başa çatdıqdan sonra mübahisə zamanı rəqib komandanın oyunçusu olan Əli Quliyevə fiziki təziq etmişdir. Distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 5 oyunluq cəza verilir.

5. “Beerbaşa” – “Captain” matçında “Beerbaşa” komandasının oyunçusu Tural Məmmədov davanın qızışdırılmasında fəal iştirak etmiş, qarşı komandanın oyunçusuna ciddi xəsarət yetirmiş və dəfələrlə xoşagəlməz ifadələr söyləmişdir. Sistematik olaraq liqa qaydalarına riayət etmədiyi üçün distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya mövsümün sonunadək liqadan uzaqlaşırılma cəzası verilir.

6. Komandaların nəzərinə çatdırırıq ki, meydançalara aşağıdakı iştirakçılardan başqa heç kim buraxılmayacaq. Bu barədə təşkilatçının tələbini pozan komandaya texniki məğlubiyyət veriləcək.
• Komandanın heyətində rəsmi şəkildə qeydiyyatdan keçmiş məşqçi
• Oyunun sifariş ərizəsində yer alan 11 oyunçu

Qeyd 1: Massajistlər, MFL tərəfindən təyin olunmamış operatorlar, məşqçi köməkçiləri və s. meydançaya yalnız MFLın xüsusi icazəsi ilə meydançaya buraxıla bilərlər.

Qeyd 2: Futbol geyimində olmayan oyunçu meydançaya daxil ola bilməz (ehtiyat və əsas heyətə də aiddir)

SPONSORLAR