close

MFL-in 14-cü turu: “Sirena Motors”dan asan qələbə, “Poseydon”dan bərabərlik – FOTO – VİDEO

15 Fevral 2018

Azərbaycanda ən iri mini futbol liqası MFL mövsümün birinci hissəsinə yaxınlaşır.

Qış transfer pəncərəsi zamanı bir çox komandalar yeni oyunçularla güclənərək liqanın pley-off mərhələsinə çıxmaq şanslarını artırıblar.

Sonuncu tur A Konferensiyasının liderlərindən biri “Sirena Motors”un “Rəcəbspor”la 3:2 hesabıyla çətin qələbəsi ilə yadda qaldı.

Ən asan 3 xalı isə “Xəzər” komandası əldə etdi. Ötəndəfəki turda “Xəzər” McDonald’s komandası ilə qarşılaşmalı idi. Lakin sonuncunun meydana çıxmaması texniki məğlubiyyət kimi qiymətləndirildi.

Qeyd edək ki, turun sonunda "McDonald’s" komandası rəsmi olaraq iştirakını dayandırdığını bildirib.

Şübhəsiz ki, turun sürprizi “Baku Eagles”ın “Baku Blancos” qarşılaşması zamanı məğlubiyyəti oldu. Oyun zamanı “Baku Blancos” 1:0 qələbə əldə edib.

A Kanferensiyasında 14-cü turun nəticələri:

 

14 turdan sonra Cinema Plus komandası turnir cədvəlinə rəhbərlik edir.

A Konferensiyasında bombardirlər siyahısına VIP FK komandasından Yadulla 57 qol ilə rəhbərlik edir. Onun ən yaxın rəqibi “Sirena Motors”dan Əlsalamdır. Əlsalam Yadulladan 20 qol fərqi ilə geri qalır.

Həmçinin ən yaxşı assistentlər siyahısına VIP FK komandasından Fuad rəhbərlik edir. Onun hesabında 25 qol var.

14-cü tur B Konferensiyasında da maraqlı məqamlarla yadda qalıb.

 

Çempionatın lideri “Poseidon” “Vur Komandir” komandası ilə qarşılaşmada 2 xal itirib. Bu da turda ən asan qələbə əldə edən iki rəqib komanda – “Astara FK” və Beerbaşa-nın xeyrinə oldu.

Turnir cədvəlində sabiq lideri olan “Sabunçu” Mehti Əzimzadənin Türkiyədən qayıtdıqdan sonra 3 xal əldə edib. Belə ki, Mehti Antalyada təlim-məşq düşərgəsində “Keşlə” klubu ilə təlim keçmək imkanı əldə edib.

Yeri gəlmişkən, Mehti Konferensiyanın ən yaxşı bombardirləri siyahısında 10 xalla “Poseydon” komandasından olan Mehdixandan geriləyərək ikinci yerdə gedir. Lakin “Sabunçu”nun futbolçusunun  hesabında 17 qol var.

B Konferensiyasının turnir cədvəli aşağıdakı kimidir:

Qeyd edək ki, A və B konferensiyalarının oyunları fevralın 15 və 16-da keçiriləcək.

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

SPONSORLAR