close

“Forza Neftçi” və “McDonald’s” komandaları barədə qərarlar

14 Fevral 2018

“Forza Neftçi” komandası ilə bağlı:

Məlum olduğu kimi, “Forza Neftçi” və “Joga Bonito” komandalarının görüşündə (6 fevral, 2018, 21:00) arzuolunmaz insident baş verib.

Oyunun gedişatı zamanı hər iki komandanın oyunçuları arasında başlayan mübahisə daha sonra “Forza Neftçi” komandasının azarkeşlərinin də iştirak etdiyi dava ilə başa çatıb.

MFL rəhbərliyi tərəfindən həmin insidentlə bağlı ətraflı araşdırma aparılıb.

İxtiyarımızda olan videokameraların yazıları araşdırıldı. Sonra “Forza Neftçi" liderlərindən olan Sübhan Əliyev söhbət üçün görüşə dəvət edildi.

Reqlamentə uyğun olaraq komandaya qarşı aşağıdakı cəza tədbirlərinin görülməsi qərara alındı:

• Matçın nəticəsi ləğv edilmir, lakin “Forza Neftçi” komandası son xəbərdarlıq edilir. Bu komandanın oyunçularının və ya azarkeşlərinin iştirakı ilə daha bir insident baş verəcəyi təqdirdə, komanda turnirdən kənarlaşdırılacaq. Onun iştirak etdiyi matçların bütün nəticələri isə ləğv ediləcək.

• Video çəkilişləri təsdiq edir ki, mübahisə Sübhan Əliyevin Joga Bonito komandasının oyunçularından birini kobud şəkildə itələməsindən sonra davaya çevrildi. Bundan sonra “Forza Neftçi” komandasının azarkeşləri meydana daxil oldular və dava başladı. Bu səbəbdən bütün məsuliyyət turnirin başa çatmasına qədər komandanın oyunlarından kənarlaşdırılan Sübhan Əliyevin üzərinə düşür.

• Belə hadisələrin təkrarlanacağı təqdirdə bütün müvafiq video yazılar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquq-mühafizə orqanlarına veriləcək.

 

“McDonald’s” komandası ilə bağlı:

“McDonald’s” komandası turnirdən çıxmaq istəyi ilə rəsmi şəkildə MFL-ə müraciət edib. Liqanın qaydalarına əsasən (16.3-cü maddə), komanda turnirdən kənarlaşdırılan zaman onun iştirak etdiyi oyunların xalları ləğv edilir.

Bununla belə, rəqibləri tərəfindən vurulan və buraxılan qolların statistikası saxlanılır.

Xahiş edirik ki, bu məlumatı diqqətə almaqla yanaşı, “McDonald’s” komandasının oyunlarının ləğv edilməsi ilə əlaqədar gələcəkdə turnirin təqvimində müvafiq dəyişikliklər ediləcəyini nəzərə alasınız.

SPONSORLAR