close

MFL-in intizam komitəsinin XIV Turun yekunuyla bağlı qərarlar

14 Fevral 2018

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan XIV turun yekununda MFL-in intizam komitəsi aşağıdakı qərarları vermişdir!

1. “Baku Union” – “Agrosport” matçında “Agrosport” komandasının oyunçusu Sergey Seryugin 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq.

2. “Qartal 1903” – “Universal” matçında “Qartal 1903” komandasının oyunçusu Ərfun Savalanlı oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün ona qırmızı vərəqə göstərilmişdir. Distiplinar komitənin qərarı ilə adıçəkilən oyunçuya 3 oyunluq cəza verilmişdir. Bundan əlavə, oyunda hakim qərarlarına sərt şəkildə reaksiya göstərdiyinə görə “Qartal 1903” komandasına da xəbərdarlıq edilir.

3. “Poseidon” – “Vur Komandir” matçında “Vur Komandir” komandasının oyunçusu Ceyhun Mürşüdlü 2 sarıdan sonra qırmızı kart alaraq meydançadan kənarlaşdırılmışdır. Bu səbəbdən növbəti oyunu buraxacaq.

SPONSORLAR