close

ŞÖHRƏT ZALI

Baxşiyev Nicat Elçin

Oyunlar Qollar Assitler Sari kart Qirmizi kart
96 106 20 9 0
Sezon Klub OyunlarO QollarQ AssitlerA
United Sport MFL 2018-2019 Galaxy FK 20 9 5 3 0
MFL 2017-2018 GB Solution 16 9 2 2 0
MFL 2016-2017 Beerbaşa 35 54 6 0 0
MFL AVRO 2016 Qaradağ Lökbatan 7 18 0 0 0
LSS MFL 2019/20 Universal 11 8 4 2 0
LSS MFL 2019/20 T.O.T.A. FC 7 8 3 2 0

Nicat Baxşiyev – MFL-in ilk bombardiri

Nicat Baxşiyev – bu ad MFL sevərlərə yaxşı tanışdır. O, MFL-in təşkil etdiyi bütün turnirlərdə iştirak etmklə yanaşı hər zaman məhsuldar oyunu ilə seçilib. Elə ilk turnirdəcə adından söz etdirməyi bacarıb.

Belə ki, MFL tərəfindən 2016-cı ildə təşkil olunan “MFL Avropa kuboku” adlı turnirdə “Qaradağ Lökbatan”ın heyətində çıxış edən Nicat rəqib qapılarından 18 top keçirərək turnirin bombardiri adını qazanıb. Turnirin həlledici final görüşündə isə “Napoli”nin qapısına vurduğu yeganə qol komandasına çempionluq qazandırıb.

“MFL Avropa kuboku”ndan danışan zaman Nicat həmin turnirin onun üçün olduqca əlamətdar olduğunu söyləyir:

“MFL-in ilk çempionatına qoşulanda bu turnirin tam başqa formatlı bir turnir olduğunu, digər turnirlərdən yaxşı mənada fərqləndiyini düşünməmişdik. Çünki buna qədər bir çox turnirlərdə oynamışdıq. MFL-ə də adi turnirlərdən biri kimi qoşulmuşduq. Çempion olandan sonra bizi Fransaya göndərdilər, bir həftə Lionda qaldıq, Avropa çempionatının yarımfinal oyununa – “Uels” – “Portuqaliya” oyununu izlədik. Bu, bizim üçün indiyə qədər iştirak etdiyimiz turnirlərdə qazandığımız ən böyük uğurlardan biri oldu. Buna görə də başda Rəhman müəllim olmaqla bütün təşkilatçılara təşəkkürümüzü bildiririk. Sevindirici haldır ki, MFL artıq 4 ilə yaxındır ki, öz ənənəsini qoruyub saxlayır”.

Nicat “MFL Avropa kuboku”nun həlledici final görüşündə “Napoli”nin qapısına vurduğu qələbə qolu ilə bağlı da təəssüratlarını bölüşüb:

“Final oyununun ab-havası, həyəcanı həmişə başqa cür olur. “Napoli” komandasından çox güclü olsaq da bir qolla qalib gəldik və həmin həlledici qolu da mən vurdum. Bu cür səviyyəli bir turnirdə qələbə qolunu vurmaq, bombardir olmaq, turnirin ən yaxşı oyunçusu seçilmək əlbəttə ki, çox qürurverici bir haldır”.

SPONSORLAR